Azərbaycanın turizm sektorunda subsidiyaların tətbiqi nəzərdə tutulur

"Turizm sektorunda subsidiyaların tətbiqini düşünürük".

“Report”un xəbərinə görə, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, subsidiyaların müxtəlif növləri var.

“Məsələn, aviaşirkətlərə geri dönüşlər edilir. Bəzi ölkələrdə otel tikən biznesmenlərə hər nöm görə ödənişlər edilir. Bu məsələ ilə bağlı biz də müzakirələr aparırıq”, - K.Quluzadə qeyd edib.

pia.az