Emin Hüseynov: “Füzuli Mərkəzi Parkı və Ağdam Meşə Parkının layihə planı hazırlanması mərhələsindədir”

PİA.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Hava Limanında Səudiyyə Ərəbistan Krallığının nümayəndə heyətinin Zəngilana səfəri zamanı təşkil edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, Ağdam və Füzulidə 2 mərkəzi xəstəxananın tikintisinə başlanılacaq: "Ümumiyyətlə, biz işğaldan azad edilmiş şəhərlərdə artıq yaşayış binalarının, kəndlərin tikintisinə başlamışıq. Şübhəsiz ki, mədəni irsin qorunub saxlanması bizim digər mühüm prioritetimizdir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri, Pənahəli xanın şah sarayı - İmarət bərpa olunur. İstər Ağdamda, istərsə də Füzulidə Açıq Səma İşğal və Qələbə Muzeylərimiz olacaq".

pia.az