Yüksək sürətlə mopedi keçmək istədi, qəzaya səbəb oldu - Anbaan video 

Bakıda mopedi keçməyə çalışan sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıdakı avtomobilə çırpıb.

PİA.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 

Qəzanın videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə “Chevrolet” markalı 77-BL-175 dövlət nömrə nişanlı avtomobilin qarşıda hərəkətdə olan mopedi keçməyə çalışarkən sürəti artırması əks olunub.

Sürətlə manevr edərkən idarəetməni itirən sürücü qarşıdakı BMW markalı 10-DV-222 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Həmin görüntüləri təqdim edirik:

pia.az