Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin sabiq rəisi həbs edilib

Ermənistan Ordusunun ikinci korpusunun sabiq komandiri, Baş Qərargahın kəşfiyyat idarəsinin sabiq rəisi general-mayor Araik Arutyunyan həbs edilib...

APA-nın “Sputnik Armenia”-ya istinadən verdiyi xəbərə görə, Araik Arutyunyan dekabrın 15-də həbs edilib.

Qeyd edilib ki, 12 may 2021-ci ildə ordu korpusunun komandiri kimi Araik Arutyunyan səhlənkarlığa yol verib, nəticədə Azərbaycan Ordusunun irəliləyişinin qarşısını almaq mümkün olmayıb.

Qeyd edək ki, daha sonra Araik Arutyunyan Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi təyin olunmuş, bir neçə ay bu vəzifəni icra etmişdi.

pia.az