Trisikl və kvadrisikl nəqliyyat vasitələrinin tarixi…

Azərbaycanda trisikl və kvadrisikləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq…

Bu gün parlamentin plenar iclasına “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi sonuncu oxunuşda qəbul edilib.

Dəyişikliklə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələb olunacaq.

Bununla da trisikl və kvadrisikl nəqliyyat vasitələri dövlət qeydiyyatına alınacaq və idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Pia.az son vaxtlar ölkəmizdə trisikl və kvadrisikldan istifadə edənlərin çoxaldığını nəzərə alaraq, sözügedən nəqliyyat vasitələrinin tarixi barədə məlumatı təqdim edir.

İlk dəfə üç çarxlı motosikl - trisikl 1970-ci ildə Honda şirkəti tərəfindən US90 adı altında istehsal olunub. Bu hybrid-avtomobil- motosiklet manevr etmə qabiliyyəti və qumlu ərazilərdə asanlıqla hərəkət etmək qabiliyyəti ilə diqqəti cəlb etdi.

Honda US90 qısa müddətdə ABŞ-ın Kaliforniya ştatında populyarlıq qazandı. Beləliklə, bu yeni nəsil hibridə olan ehtiyac durmadan artaraq digər avtokonsernlərin də marağina səbəb oldu.

Nüfuzlu avtomobil şirkətləri qısa zamanda bu yeni növ hibridin oxşarlarını istehsal etməyə başladılar. Sonralar kvadrasikl, yəni sözügedən nəqliyyat vasitəsinin dördtəkərlisi istehsal olundu. 2000-ci illərdən elektrik mühərrikinə keçən kvadrasikllar daha sürətli və enerji tutumu ilə seçilməyə başladılar.

Trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.

Kvadrisikl yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.

pia.az