Vüqar Bayramov: "Azəriqaz” limitləri vaxtında sıfırlasın"

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qaz limitlərinin sıfırlanmasını vaxtında həyata keçirməlidir. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib. 

"2022-ci il yekunlaşır və 2023-cü ildə qaz limitlərinin sıfırlanması həyata keçiriləcək. Bu il bu məsələ 10 gün yubandı. Məqsədəuyğun olardı ki, “Azəriqaz” limitləri vaxtında sıfırlasın. İnsanlar ilin sonuna doğru yüksək limitlərlə ödəniş edir, yubanmaya görə "mavi yanacaq"dan istifadə üçün daha çox xərc çəkir", - deyə o qeyd edib.

pia.az