Günün brifinqi - Azərbaycanın Vardanyan səbri…

Qarabağ ermənilərinə heç bir aidiyyatı olmayan Ruben Vardanyan çox danışmağa başlayıb…

Rusiyadan sanksiya qorxusu ulə qaçıb Qarabağ dağlarına sığınan Ruben Vardanyan artıq hər daşın altından çıxmağa başlayıb. Xarici mətbuata, əsasən də Rusiya mətbuatına danışan Vardanyan az qala özünü “Qarabağın sahibi” və əsas "səlahiyyətlisi" kimi təqdim edir. Halbuki o, sıradan bir cinayətkardan və terroristdən başqa bir şey deyil.

Özünü separatçıların lideri olaraq təqdim edən və Qarabağ erməlilərinin məsuliyyətini üzərinə götürən bu şəxsin Azərbaycan torpağında nə işi var? Qarabağda doğulmayan və daha əvvəl heç vaxt Qarabağda yaşamayan bu şəxsin öz ərazilərilərində “at oynatmasına” Azərbaycan niyə imkan verir? Niyə Azərbaycan yeni peyda olan bu terrorçunun ölkə ərazisindən çıxarılmasını Rusiyadan və “sülhməramlılardan” tələb etmir? Axı Vardanyanın Qarabağda olması həm Azərbaycan, həm də beynəlxalq qanunları pozur. Niyə Vardanyan haqqında cinayət işi açılmır və o, beynəlxalq axtarışa verilmir?

Maraqlı olan odur ki, Rusiya bu cinayətkara hələ Azərbaycanın təbii ehtiyatlarını talamaq imkanı da verir və bu da rəsmi Bakının və Azərbaycan xalqının səbrini tükəndirir.

Vardanyan əlini-qolunu sallyaraq Fransaya gedir, orada separatçılar adından danışıqlar aparır, daha sonra da əlini-qolunu sallyaraq geri dönür və Qarabağda sülhə qarşı pozuculuq fəaliyyətini davam etdirir. Bu fakt Azərbaycanın suvernliyinə qəsd deyilmi?

Açığı Vardanyanla bağlı çoxdan Rusiya və Fransaya nota verilməli və bu avantüristin Azərbaycan ərazisindən çıxarılması Rusiyadan qəti şəkildə tələb edilməli idi. Bu səbəbdən də Vardanyanın Azərbaycan ərazisindən çıxarılması Xankəndi-Ermənistan yolunda aksiya keçirən ekofəalların növbəti tələbi olmalıdır. Vardanyan persona-non qrata elan olunmalı və onun Azərbaycan ərazisindən çıxarılması ən yaxın zamanda Rusiya sülhməramlıları tərəfindən təmin olunmalıdır. Ümumiyyətlə isə Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmət əlaməti olaraq Rusiya sülhməramlıları Vardanyanı Azərbaycana təhvil verməlidirlər.

Bu gün Xankəndi-Ermənistan yolunda yaşanan dramın əsas səbəbkarı Vardanyan və onunla şərikli şəkildə Azərbaycanın qızıl mədənlərini talan edən general Volkovdur. Hazırda baş verənlərin bütün məsuliyyəti də bu ikisinin üzərinə düşür…

pia.az