Bakıda oğulun atasını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanılıb

Bakıda oğulun atasını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə dekabrın 15-də paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü E.Ağayev ailə münaqişəsi zamanı yaşadıqları evdə atası, 1982-ci il təvəllüdlü Ağayev Qiyamət Muğan oğlunun ürək nahiyyəsinə daxilə nüfuz edən bıçaq zərbəsi yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

E.Ağayev şübhəli şəxs qismində tutulub.

pia.az