5 illik sevgilisindən ayrılan aktrisa münasibətindən danışdı

Türk aktrisa Hazar Ergüçlü 5 ildir eşq yaşadığı Onur Ünlü ilə bitən münasibəti barədə susqunluğunu pozub...

PİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, Show TV-də yayımlanan “Həyat bu gün” serialında baş rolu canlandıran Hazar Ergüçlü 5 ildir eşq yaşadığı, özündən 19 yaş böyük rejissor Onur Ünlüdən ayrılıb. Dünən axşam bir məclisdən çıxan Ergüçlü münasibətini bitirməsindən danışıb.

Menecerinin ad günündən çıxan aktrisa Onur Ünlü ilə bitən münasibəti haqqında deyib:

“Heç bir məntiqli səbəbi yoxdur... 5 ildə yorulduq, amma təbii ki, o mənim çox yaxın dostumdur... Onur hər şeyimdir, ailəmin bir üzvü kimidir... Ona görə də, ayrılsaq belə, dostluğumuz davam edir”.

Geyimləri ilə diqqət çəkən Hazar Ergüçlü bir müddət əvvəl verdiyi açıqlamada sevgilisi Onur Ünlünün onu bu barədə cəsarətləndirdiyini bildirib. Sevgilisinin geyim seçimlərinə qarışmadığını deyən Ergüçlü: “Əksinə, Onur məni belə geyinməyə təşviq edir. Bəzən “görəsən, çox mu açıqdır” deyirəm, o isə “xeyr, məncə belə geyinməlisən” deyərək məni həvəsləndirir”, deyə qeyd edib.

pia.az