Rusiya Kiyevi almaq üçün ikinci cəhd edə bilər - Zalujnı

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib ki, Ruisiya işğalçıları Kiyevi almaq üçün ikinv\ci dəfə cəhd edə bilərlər...

PİA.az xəbər verir ki, Baş Komandan bu barədə The Economist qəzetinə verdiyi müsahibədə bildirib.

“Rusiyyada səfərbərlik öz işini görür. Doğrudir çağırışçıların problemləri o səviyyədədir ki, onlar döyüşməyəcəklər. Ancaq onlar səngərdə canlı qalxan ola bilərlər. Çar onlara müharibəyə getməyi əmr edib, onlar da mühüribəyə gedirlər”, deyə Zalujnı Rusiya ordusunun hazırkı vəziyyətini şərh edərkən deyib.

“Bizim dəyərləndirmələrimizə görə onların ehtiyatda 1,2-1,5 milyon hərbiçisi var. Mən şübhə eləmirəm ki, onlar Kiyevi almaq üçün ikinci dəfə cəhd edəcəklər”, deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vurğulayıb.

pia.az