16 yaşlı gənc istedad Endrik Real Madriddə

İspaniyanın Real Madrid klubu braziliyalı futbolçu Endrik Felip de Moreira de Souzanı transfer edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamada Braziliyanın La Sociedade Esportiva Palmeiras komandası ilə hazırda 16 yaşında olan Endrikin 2024-cü ilin iyulunda yetkinlik yaşına çatması üçün transferə razılıq əldə edildiyi bildirilib.

Qeyd olunur ki, Endrik yaxın günlərdə Madridə gələrək klubun obyektlərini ziyarət edəcək, daha sonra Braziliyaya qayıdacaq və 2024-cü ilin iyul ayına kimi Palmeirasda çıxışını davam etdirəcək.

İspan mətbuatı Avropanın bəzi böyük klublarını izləyən Endriklə razılaşan Real Madridin transfer üçün 35 milyon avro zəmanət və gələcək uğurlara görə əlavə 25 milyon avro ödəmə edəcəyini iddia edib.

pia.az