Putin: ABŞ Avropa İttifaqına ayaqlarını silir

Rusiya prezidenti bildirib ki, Avropa İttifaqı ABŞ-a öz üzərində “ayaqlarını silməyə” icazə verir…

PİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxışı zamanı deyib.

“Avropa ilə ABŞ arasında iqtisadi münasibətlər gərginləşir. Aİ lierlərinin hətta Qərbdəki tərəfdaşlarına qarşı bəyanatlarında narazılıq qeydləri də var. Bəs siz nə gözləyirdiniz? ABŞ-a ayaqlarını sizin üzərinizdə silməyə icazə verəndə bunun nəylə nəticələnəcəyini bilmirdiniz?”, deyə Ruisya ptrzidenti bildirib.

Putin daha sonra qeyd edib ki, “bu, onların öz işidir”.

pia.az