Günün brifinqi – Paşinyanın demoqoqiyası…

Ermənistan və Rusiyanın Üçtərəfli Bəyanatdan danışmaları gülünç görünür…
Ümumiyyətlə ötən iki il müddətində Üçtərəfli Bəyanatdan nəsə qalıbmı?

Paşinyan üç günlük susqunluqdan sonra ağzındakı suyu yerə boşaldıb və reallıqdan kənar şeylər danışmağa başlayıb.

Ermənistanın Baş naziri Xankəndi-Ermənistan yolunda davam edən dramla bağlı üç gün susduqdan sonra dil açıb. Paşinyan artıq iki ildir ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasın hazır olduğunu bildirir, lakin bununla bağlı bu günə qədər bir addım da atmayıb cə söylədikləri də demoqoqiyadan kənara çıxmayıb.

Paşinyan bu gün də hökümətin iclasında demoqoqiyasını davam etdirib və bildirib ki, güya Azərbaycan Üçtərəfli Bəyanatı pozur.

Maraqlıdır, Ermənistan bu günə qədər Üçtərəfli Bəyanatın hansı maddələrini yerinə yetirib?

Üçtərəfli Bəyanatın ancaq Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi haqqında maddələri yerinə yetirilib və bunu da Ermənistan məcburi qaydada həyata keçirib.

Ümumiyyətlə ötən iki il müddətində Üçtərəfli Bəyanatdan nəsə qalıbmı? Demək olar ki, heç nə qalmayıb. Çünki Paşinyan Üçtərəfli Bəyanatın regiona sülh gətirəcək heç bir maddəsini yerinə yetirəyib və faktiki olaraq Rusiya prezidentinin qarantı olduğu bu bəyanatı zibil qutusuna atıb. Qarabağda regionu terör edən qanunsuz erməni silahlıları tərk silah edilibmi? Edilməyib. Bunun əvəzinə Ermənistan Azərbaycan ərazilərində mina basdırmaqla məşğul olub.

Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası və azərbaycanlı qaçqınların Qarabağa dönməsi üçün hansısa addımlar atılıbmı? Atılmayıb. Bunun əvəzinə ermənilər iki il müddətində Rusiya sülhməramlıların nəzarətində olan ərazilərin gələcəyini Azərbaycanla birlikdə görməyi imkansız hesab ediblər və bunu hər fürsətdə dilə gətirirlər.

Ermənistan Üçtərəfli Bəyanatda göstərildiyi kimi Zəngəzurdan Naxçıvana gedən yolu açıbmı? Açmayıb. Bunun əvəzinə Paşinyan İranı da arxasına alaraq demoqoiya ilə məşğul olub.

Bəs bu gün Qarabağda, o cümlədən Xankəndi-Ermənistan yolunda baş verənlərə görə kim məsuliyyət daşıyır? Təbii ki, Paşinyan. Çünki üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini mümkünsüz hesab edir və bütün imkanları ilə bu öhdəliklərini yerunə yetirməkdən yayınır.

Həmçinin baş verənlərə görə Paşinyanla eyni səviyyədə Rusiya da məsuliyyət daşıyır. Çünki Üçtərəfli Bəyanatın maddələrinin həyata keçirilməsinə məhz Rusiya prezidenti təminat verib. İndi isə Putin bu təminatdan yayınmaq üçün özünü Paşinyanın qarşısında aciz aparır və faktiki olraq regionda davamlı sülhün olmamamasına görə məsuliyyət daşıyır.

Bu halda Paşinyan, ya da Putin hansı Üçtərəfli Bəyanatdan danışa bilərlər? Axı həm Ermənistanın Baş naziri, həm də Rusiyanın prezidenti atdıqları addımlarla Üçtərəfli Bəyanatı çoxdan “gorbagor” ediblər…

Regionu sülhdən yayındıran tərəf Azərbaycan deyil, məhz Ermənistan və Rusiyadır. Azərbaycan sülh istəyir və bunun üçün də Paşinyan və Putinin “gorbagor” etdikləri Üçtərəfli Bəyanatın yerinə yetirilməsini tələb edir. Bu tələbində Azərbaycan haqsız ola bilərmi? Ola bilməz, çünki rəsmi Bakı iki il müddətində durmadan sülh üçün çalışıb və bu gün də Azərbaycanın ekofəalları Xankəndi-Ermənistan yolunda sülh üçün vuruşurlar.

Doğrudanmı Paşinyan Cənubi Qafqazda sülh istəyir? Əgər istəyirsə, İlham Əlivevdən fərqli olaraq bu günə qədər sülh üçün hansı addımı atıb? Özünün vurğuladığı Üçtərəfli Bəyanatın yerinə yetirilməsini təmin edibmi? Ermənistanın Baş naziri bütün bu iki il müddətində yalnız sülh adına demoqoqiya və imitasiya ilə məşğul olub və bütün imkanları ilə sülhdən qaçmağa çalışıb. Rusiya isə ona bu məsələdə istənilən şəkildə arxa durub və durmaqda da davam edir.

Ona görə də Ermənistan və Rusiyanın Üçtərəfli Bəyanatdan danışmaları gülünç görünür…

pia.az