Cəlilabad meşə massivi yandı

Azərbaycanın Cəlilabad rayonunda meşə massivi yanır
Cəlilabad rayonunda meşə massivində güclü yanğın başlayıb.Bu haqda yerli sakinlər xəbər yayıb.Yanğın rayonun Sadatlı kəndindəki ərazini əhatə edir. Yanğınla mübarizə aparmaq məqsədi ilə əraziyə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvələri və texnikaları cəlb olunsa da, yanğın keçilməz meşə massivində olduğu üçün texnikalar əraziyə girə bilmir.Yanğına qarşı mübarizəyə FHN-in helikopteri də cəlb olunub.Hələ ki, meşə massivində nə qədər əraziyə ziyan dəyməsi barəsində məlumat verilmir.(ans)