Təbrizdə tələbənin ölkədən çıxışına niyə qadağa qoyuldu? - Foto

Təbrizli tələbə Maidə Qaragöz 16 ay müddətinə həbs cəzasına məhkum edilib

Bu barədə "Azad İran" "Telegram" kanalında məlumat yayılıb.

PİA.az xəbər verir ki, Təbriz sakini Maidə Qaragöz adlı 23 yaşlı gənc qız sosial şəbəkədə paylaşdığı yazılara görə həbs və cərimə cəzalarına məhkum edilməsi ilə yanaşı, onun ölkədən çıxışına da qadağa qoyulub.

Qeyd edək ki, hökmü Təbriz İnqilab Məhkəməsi verib.

pia.az