Azərbaycanın tədiyyə balansının qalığı 3 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 7 606,4 milyon ABŞ dolları təşkil edib.

PİA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 17 710,6 milyon dollarlıq qalıq (1 il əvvələ nisbətən 4,5 dəfə çox), kapital hesabındakı 2 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 9 595,3 milyon dollarlıq kəsir (6,6 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 510,9 milyon dollarlıq kəsir (12,7 dəfə çox) hesabına formalaşıb.

pia.az