Deşam ardıcıl 2 mundial finalına komanda çıxaran 4-cü məşqçi oldu

Fransa millisinin baş məşqçisi Didye Deşam tarixdə bir komandanı ardıcıl 2 dünya çempionatının finalına çıxaran 4-cü məşqçi olub.

Bunu əvvəllər İtaliyadan Vittorio Potso (1934 və 1938), Argentinadan Karlos Bilardo (1986 və 1990) və Almaniyadan Frants Bekenbauer (1986 və 1990) edib.

Qeyd edək ki, Fransa dekabrın 18-də dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq.

pia.az