Bakıda ağır qəza olub, ölənlər var - Yenilənib

Bakıda ağır qəza olub, ölənlər var...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

PİA.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili “Volvo” markalı yük avtomobilinə çırpılıb, 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi yaxınlığında qeydə alınıb. 

Belə ki, VAZ-2107 markalı avtomobil ilə TIR toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Təcili Tibbi Yardım briqadası və DYP əməkdaşları cəlb ediliblər. 

Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

pia.az