Fransada futbol azərkeşlərinin toqquşmasında uşaq ölüb - Video

Fransanın Monpelye şəhərində futbol azarkeşləri arasında toqquşma nəticəsində uşaq ölüb…

PİA.az xəbər verir ki, bu barədə Fransanın BFMTV televiziya kanalı məlumat verib.

Fransanın Monpelye şəhərində milli komandanın dünya çempionatının yarımfinalıda qələbəsindən sonra azərkeşlər arasında yaranan toqquşma zamanı 14 yaşlı yeniyetmə öldürülüb. Oğlanı avtomobil vurdub və o, aparıldığı xəstəxanada keçinib.

Telekanalın məlumatına görə, bir neçə nəfər Fransa millisinin azarkeşlərinin olduğu avtomobilə yaxınlaşaraq, ondan dövlət bayrağını qoparmağa başlayıb. Sürücü qəfildən maşını hərəkətə gətirib və bu zaman yeniyetməni vurub. Telekanalın məlumatına görə, qəzadan sonra sürücü hadisə yerindən qaçıb.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının yarımfinalında Fransa yığması Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edib. Fransa finalda Argentina yığması ilə qarşılaşacaq. Matç dekabrın 18-də baş tutacaq.

pia.az