Paytaxtın bu yollarında tıxac müşahidə edilir - Siyahı

Bakının bir sıra yollarında tıxac müşahidə edilir. 

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət:

1.Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;5. “20 Yanvar” dairəsində;6. Həsən bəy Zərdabi küçəsi, “20 Yanvar” metro stansiyası və Qələbə dairəsi istiqamətində;7. Tbilisi prospekti, mərkəz istiqamətində;8. Badamdar şosesi, mərkəz istiqamətində;9. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində;10. Abdulla Şaiq küçəsi, Dövlət Statistika Komitəsi istiqamətində;11. Heydər Əliyev prospekti, köməkçi və əsas yol, mərkəz istiqamətində;12. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;13. Babək prospekti, mərkəz istiqamətində;14. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;17. 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

pia.az