Romeyn Saiss matçı davam etdirə bilmədi

Mərakeş yığmasının kapitanı olan, “Beşiktaş”ın müdafiəçisi Romeyn Saiss Fransa matçında zədələnərək oyunu davam etdirə bilməyib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2022-ci il dünya çempionatının yarımfinalında Fransa - Mərakeş matçında “Beşiktaş”ı narahat edən bir hadisə olub. Mərakeş yığmasının kapitanı Romain Saiss 21-ci dəqiqədə yaranan problem səbəbindən mübarizəni davam etdirə bilməyib.

Dünya çempionatında uğurlu çıxış edən Saiss Portuqaliya matçının 51-ci dəqiqəsində zədələnərək ayrılmalı olub. Arxa əzələsində problem olan təcrübəli müdafiəçi həftə ərzində tətbiq olunan intensiv müalicə ilə adını yarımfinala yazdırsa da, davam edə bilməyib.

İspaniya ilə matçdan bəri zədəli vəziyyətdə oynayan Saiss yerini Səlim Amallaha buraxıb. Oyundan olduqca kədərli ayrılan Saiss kapitanlıq qrupunu Ziyexə buraxarkən, Beşiktaş azarkeşləri liqa matçları ilə bağlı xəbərləri həyəcanla gözləməyə başlayıblar.

pia.az