90 yaşlı qadın ali məktəbə başladıqdan 71 il sonra məzun oldu

ABŞ-da 90 yaşlı Coys Defau kolecə başladıqdan 71 il sonra məzun oldu...

PİA.az “The Independent”ə istinadən xəbər verir ki, yaşlı qadın bazar günü Şimali İllinoys Universitetində Ümumi Tədqiqatlar diplomu alıb.

Xəbərə görə, Defau 1951-ci ildə universitetə ​​başladığını və 3,5 il Ev İqtisadiyyatı təhsili aldığını bildirib. Ancaq Don Friman Sr ilə tanış olan qadın məktəbi buraxaraq evlənmək qərarına gəlib. Cütlük 1955-ci ildə evlənib , 3 övladı oldu, lakin Friman ölüb. Defau isə daha sonra Roy Defau ilə evlənib və daha a6 uşaq dünyaya gətirib. Lakin Defau da ölüb.

Beləliklə, Coys Defau 2019-cu ildə kollecə qayıtmaq istədiyini bildirib. Məktəbi bitirə bilmədiyindən üzüldüyünü dilə gətirən yaşlı qadın uşaqlarının təşviqi ilə Şimali İllinoys Universitetində yenidən qeydiyyatdan keçərək dərs almağa başlayıb. Defau qocalar evində kompüterindən dərslərə qatılırdı. Övladlarının köməyi ilə kompüteri öyrənən qadın 3 ildən sonra kepkasını və xalatını geyinərək Ümumi Araşdırmalar fakültəsini bitirib.

Bu prosesdə vaxtaşırı məktəbi atmaq istədiyini dilə gətirən Defau ailəsinin, dostlarının və məktəbinin dəstəyi ilə təhsilini başa vurub. Defau oxşar vəziyyətdə olan insanlara: “Təslim olmayın. Təslim olsanız belə, geri qayıdın. Bilirəm ki, çətin ola bilər, amma həyatda hər şeyin enişli-yoxuşlu tərəfləri var”, deyə tövsiyə verib.

pia.az