DÇ-2022: Fransa - Mərakeş oyununda erkən qol vurulub - Yenilənib

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda erkən qol vurulub...

"Report"un məlumatına görə, 5-cü dəqiqədə fərqlənən Teo Ernandes Avropa təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyunu başlayıb.

"Report"un məlumatına görə, "Əl Beyt" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Fransa və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Fransa: Uqo Lyoris (K), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Mərakeş: Yassin Bunu, Romen Saiss (K), Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş,

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

pia.az