Tesla-nın səhmləri düşür və daha da ucuzlaşa bilər

Şirkətin səhmləri tarixinin ən ucuz qiymət səviyyəsinə qədər düşüb…

PİA.az xəbər verir ki, bu barədə Bloomberg-in məlumatında bildirilir.Bloomberg-in məlumatına görə, şirkət hazırda bir çox problemlərlə mübarizə aparır: Onlardan biri Tesla-nın baş direktoru İlon Maskın çılgıncasına Twitter-lə məşğul olması, digəri isə dünyanın ən böyük avtomobil bazarı olan Çində tələbin azalmasıdır.

Ekspertlər hesab edirlər ki, nə qədər ki, İlon Mask vaxtını Twitter-də keçirəcək, bir o qədər də Tesla-nın aksiyaları aşağı düşməyə davam edəcək.

pia.az