Yeni Zelandiya gələcək nəsil üçün siqareti qadağan edir

2009-cu il yanvarın 1-dən sonra doğulan şəxslərə tütün məmulatlarının satışını qadağan edən qanun Yeni Zelandiya parlamentində üçüncü oxunuşda qəbul edilib…

PİA.az xəbər verir ki, bu barədə The Guardian məlumat verib.

Bu qanun həm də tütün məmulatlarında nikotinin miqdarının azaldılmasını, eləcə də satış məntəqələrinin sayının azaldılmasını nəzərdə tutur. The Guardian xəbər verir ki, ölkədə tütün mağazalarının sayının 6000-dən 600-ə endirilməsi nəzərdə tutulur.

"Minlərlə insan daha uzun yaşayacaq və daha sağlam olacaq və səhiyyə sistemi 5 milyard dollar daha çox vəsait qazanacaq. Çünki səhiyyə sistemində siqaretin səbəb olduğu çoxsaylı xərçəng növləri, infarkt, insult kimi xəstəliklərin müalicəsinə ehtiyac olmayacaq”, deyə Yeni Zelandiyanın səhiyyə naziri Ayişə Verrol bildirib.

pia.az