Hadisənin makiyajsız şəkilləri Instagramda çox bəyənildi

Son günlərin ən çox danışılan ulduzu, türk müğənni Hadisə Instagram hesabından etdiyi paylaşımla yenidən diqqəti özünə cəlb edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur türk müğənni makiyajsız pozaları bir-birinin ardınca paylaşıb. Hadisənin paylaşımını bəyənənlər çox olsa da, pərəstişkarları ona dayanmadan təriflər yağdırıblar.

Ötən apreldə ailə qurduğu Mehmet Dinçerlərdən 5 ay sonra boşanan müğənni Hadisənin bu dəfə də Rza Zərrabla gizli eşq yaşaması iddiaları gündəmdə idi.

Günlərlə maqazin gündəmində birinci olan məşhur müğənni səs tellərindən əməliyyat olunduqdan sonra konsertlərə bir müddətlik fasilə verib. Məşhur zinət əşyaları markası ilə reklam çarxı yayımlayan Hadisə, görünür, çətin günləri geridə qoyub.

pia.az