İtaliya: Türkiyə, Çin və ABŞ Ukrayna-Rusiya müharibəsində atəşkəs üçün təzyiq etməlidir

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin sözlərinə görə, Türkiyə, Çin və ABŞ-ın Ukrayna-Rusiya müharibəsinə daha çox təzyiq göstərməli və atəşikəs üçün danışıqlara başlamalıdır...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən Ukrayna xalqı ilə həmrəylik konfransına qatılan Tajani İtaliya mətbuatına verdiyi açıqlamada deyib:

“Ukraynada sülh, təəssüf ki, çox da yaxın deyil, lakin heç vaxt ümidimizi kəsməməliyik. Biz çalışmalı və hər şeyi etməliyik ki, Rusiya Ukraynaya qarşı bu axmaq müharibəni davam etdirməməli olduğunu başa düşsün”.

Tajani, həmçinin: “Ümid edirik ki, bu müharibə Ukraynanın müstəqilliyinə əsaslanan həll yolu ilə birlikdə mümkün qədər tez başa çatacaq”, deyə bildirib.

Sülh danışıqlarının olub-olmayacağı ilə bağlı suala isə Tajani hər cür danışıqların asanlaşdırılmalı olduğunu ifadə edərək bildirib ki, ruslar Zaporojya Atom Elektrik Stansiyasını ələ keçirməklə bu mövzuda ilk addımı ata bilərlər.

Həmçinin, Tajani İtaliyanın Ukraynadakı mülki şəxslərə kömək etmək üçün üzərinə düşəni etməyə hazır olduğunu və 10 milyon avro ayıracağını bildirib.

pia.az