Goldman Sachs: Qızılın perspektivi Bitkoindən daha yaxşıdır

Qızıl qiymətlərinin real tələbdən qaynaqlandığına diqqət çəkən “Goldman Sachs” bankı uzunmüddətli perspektivdə qızılın Bitkoini geridə qoyacağını proqnozlaşdırıb...

PİA.az “Forex”ə istinadən məlumat verir ki, qızılın qiymətinin maliyyə şərtlərindən təsirlənmə ehtimalının daha az olduğunu ifadə edən “Goldman Sachs”, xüsusilə qızılın qeyri-spekulyativ istifadəsinin inkişaf etdiyini və Bitkoinin hələ də spekulyativ şəkildə istifadə edildiyini nəzərə alaraq, bu sahədə qızılın baza çeşidləndirmə baxımından daha faydalı olduğunu iddia edib.

“Goldman Sachs” qeyd edir ki, Bitkoinin dəyəri gələcəkdə real şəkildə istifadə imkanları nəzərə alınmaqla müəyyən edilir və bu da Bitkoini qiymətli metallardan daha dəyişkən və spekulyativ hala gətirir:

“Bir neçə böyük oyunçunun iflas üçün müraciət etməsi nəticəsində yaranan sistemli narahatlıq Bitkoinin aşağı yönlü dəyişkənliyini də gücləndirdi”.

“Goldman Sachs”, həmçinin, bildirir: “Qızıl struktur olaraq yüksək makro dəyişkənlikdən və səhm risklərinin şaxələndirilməsi ehtiyacından faydalana bilər”.

pia.az