Məscidlərdə qadın dini ayin vəzifəsini icra etmək üçün 69 namizəd müraciət edib

Azərbaycanda fəaliyyət göstərən məscidlərdə ilk dəfə olaraq qadın dini ayin icraçısı vəzifəsinə elan edilən 7 vakant yer üçün 69 namizəd müraciət edib.

Bunu "Report"un sualına cavabında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyib.

Şöbə müdiri qeyd edib ki, İslam dini ilə bağlı ibadət evlərində qadin dini ayin icrası vəzifəsi üzrə vakant yerlərin hamısı Bakı şəhəri üzrədir.

Onun sözlərinə görə, həmin yerlərə sənəd qəbulu artıq yekunlaşıb və yaxın zamanlarda müsahibə mərhələsi keçiriləcək: "Müsahibədən uğurla keçən qadınlar məscidlərdə dini ayin icrasını həyata keçirə biləcəklər. Ümid edirik ki, həmin qadınlar savadlı, ali və orta ixtisaslı olaraq cəmiyyətin düzgün və sağlam maariflənməsi üçün öz töhfələrini verə biləcəklər".

pia.az