Gəncədə dəm qazı can aldı

Gəncədə qadın dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə Kəpəz rayonu, Cavadxan qəsəbəsində qeydə alınıb.

Rüstəmova Ramilə Əflatun qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az