Avropanın Makrondan narazılığı

Bəzi Aİ dövlətləri rəsmi olaraq Fransaya Makronun Rusiya şərhləri ilə bağlı narahatlıqlarını bildiriblər…

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Baltikyanı ölkələr və bəzi digər Avriopa ölkələri Fransa prezidentinin Rusiyaya təhlükəsizlik qarantı verilməsi ilə bağlı açıqlamalarından narazı qalıblar və bu narazılıqlarını diplomatik yolla rəsmi olaraq Parisə çatdırıblar.

Qeyd edək ki, dekabrın 9-da İspaniyanın Alikante şəhərində keçirilən IX Avropa-Aralıq dənizi Sammitində Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat konfransında müharibədən sonra Rusiyaya təhlükəsizlik təminatının verilməsi zəruriliyindən danışıb. Bu isə bir sıra Avropa dövlətlərinin narazılığı ilə qarşlılanıb.

pia.az