Pentaqon yeni hipersəsli raketin sınağını keçirib

ABŞ Hərbi Hava Qüvvələri hipersəsli hava-yer raketinin ilk ilk sınağını uğurla həyata keçirib…

PİA.az xarici mətbata əsasən xəbər verir ki, ABŞ Ordusunun Hərbi Hava Qüvvələri ilk dəfə olaraq AGM-183 ARRW hipersəsli hava-yer raketinin tam hüquqlu prototipini uğurlu sınağını keçirib. Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Eqlin (Florida) bazasının press-relizindəməlumat verilib.

Sınaqlar dekabrın 9-da baş tutub, lakin onlar haqqında yalnız 3 gün sonra məlumat yayılıb. Raket B-52H strateji bombardmançı təyyarəsi tərəfindən buraxılıb və Sakit Okean üzərində Cənubi Kaliforniya sahillərində səs sürətindən beş dəfə yüksək olan hipersəs sürətinə çatıb.

Silahlara nəzarət proqramının icraçı direktoru briqada generalı Jason Bartholomei, bildirib ki, ARRW komandası beş il ərzində havadan buraxılan hipersəs raketini uğurla dizayn edib və sınaqdan keçirib.

Xatırladaq ki, 2020-ci ilin may ayında dönəmin prezidenti Donald Tramp ABŞ-da hipersəs raketinin yaradılmasından danışmışdı. Eyni zamanda sabiq prezident bu raketi “super duper” adlandırmışdı. Sabiq Amerika lideri həmçinin bu raketin mövcud dizaynlardan 17 dəfə sürətli olacağını bildirmişdi. Onun sözlərinə görə, raket 1,6 min km məsafədəki hədəfi 35,5 sm dəqiqliklə vurmağa qadirdir.

Həmin ilin iyununda CNN yüksək rütbəli Pentaqonun rəsmisinə istinadən xəbər vermişdi ki, Trampın dediyi hipersəs raketi 2020-ci ilin martında Sakit okeanda sınaqdan keçirilib. Hərbçilər ilk dəfə olaraq Trampın “super duper” raketinin sınaq zamanı səs sürətini 17 dəfə keçdiyini təsdiqləmişdilər.

Qeyd edək ki, ənənəvi olaraq, hipersəs silahın sürəti səs sürətini ən azı beş dəfə üstələyən silah sayılır.

AGM-183 ARRW raketinin 2023-cü ilin payızında ABŞ Hərbi Hava Qüvvələrində istifadəyə veriləcəyi güman edilir. Bu raket hərəkət edə bilən "zamana həssas hədəfləri" vurmaq üçün nəzərdə tutulub. Yaxın vaxtlarda bu növ döyüş sursatlarının kütləvi istehsalının operativ işə salınması məsələsinə baxılması planlaşdırılır.

Tərcümə PİA.az-a aiddir

pia.az