Almaniya müharibədən sonra Rusiya ilə əməkdaşlıq edəcəkmi?

Kansler Şolts bu gün müharibədən sonra Rusiya ilə əməkdaşlığın perspektivlərindən danışıb…

Almaniya kansleri Olaf Şolts Ukraynada xüsusi əməliyyat başa çatdıqdan sonra Almaniya ilə Rusiya arasında iqtisadi sahədə əməkdaşlığın perspektivlərindən danışıb.

PİA.az xəbər verir ki, Solts bu bəyanatı dekabrın 12-də Berlində Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsinin iclası başlamazdan əvvəl verib.

Almaniya kansleri Rusiyanın “başqa vaxtlarda yenidən iqtisadi əməkdaşlığa başlamaq şansına” ehtiyac duyacağını vurğulayıb. Eyni zamanda o qeyd edib ki, indi iki ölkə arasında münasibətlər sanksiyaların sərtləşdirilməsi fonunda tənəzzülə uğramaqdadır.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts bazar ertəsi, dekabrın 12-də G7 liderlərinin görüşünün yekunlarına dair çıxışı zamanı Ukraynanın bərpası üçün birgə səylərin zəruriliyini bəyan edib. Şolts Ukraynanın bərpasını İkinci Dünya Müharibəsindən sonra Almaniyanın dirşəldilməsi üçün hazırlanmış “Marşal Planı” ilə müqayisə edib.

pia.az