Fransanın Moskvadakı səfirliyinə içərisində ölü siçan olan bağlama göndərilib 

Fransanın Moskvadakı səfirliyinin əməkdaşları Krımdan içərisində ölü siçan və hörümçək olan bağlama alıb.

Bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Məlumata görə, hadisə ötən həftə baş verib, lakin bu barədə yalnız indi məlumat verilib.

Şahidin sözlərinə görə, səfirliyə qeyri-adi bağlama gəlib. İçəridə ölü siçan və ölü hörümçək olub. Mənbə bildirib ki, bağlamanı göndərən şəxs Krımdan olan Notarianni soyadlı bir nəfərdir. (oxu.az)

pia.az