Kabildə xarici diplomatların qaldığı hotelə silahlı basqın olub - Video

Əfqanıstanın paytaxtı Kabildə bir qrup silahlı şəxs ölkəyə gələn xarici diplomatların, iş adamlarının, xüsusən çinlilərin qaldıqları hotelə hücum edib.

Yerli mətbuatın yaydığı məlumata görə, hotelə soxulan silahlılar bir neçə nəfəri qətlə yetiriblər. Binanın daxilində yaralıların olduğu bildirilir.

Sosial şəbəkələrdə yayılan videolarda isə hoteldə köməksiz vəziyyətdə qalan qonaqların pəncərələrdən digər binaların damına tullanaraq xilas olmağa çalışdıqları əks olunub.

pia.az