“Sülhməranlılar” aksiya yerinə konteynerlər və kran gətiriblər - Yenilənib

Görünür ki, danışıqlar uğursuz alınıb və tərəflər gecəni Xankəndi-Ermənistan yolunda keçirəcəklər…

Erməni mətbuatı xəbər verir ki, Rusiya “sülhməramlıları”nın aksiya keçirilən əraziyə kenteynerləri və kranı yolda keçid məntəqəsi qurmaq üçün gətiriblər.

Əgər bu keçid məntəqəsində Azərbaycan hərbiçiləri və polisi olmayacaqsa, o zaman rusların bu hərəkəti məntiqsizdir.

***

PİA.az sosial şəbəklərdə yayılan məlumatlara əsasən xəbər verir ki, Rusiya “sülhməramlıları” Azərbaycanın ekoloji təşkilatlarının aksiya keçirdiyi əraziyə kenteynerlər, kran və əlavə qüvvlər gətiriblər. Onalrın hansı məqsədlə aksiya keçirilən əraziyə kenteynerlər və kran gətirmələri isə bəlli deyil.

Qeyd edək ki, bu güb səhər saatlarında Azərbaycan ekoloji təşkilatları Xankəndi-Ermənistan yolunu bağlayaraq sülhməramlıların komandanı general Volkovun əraziyə gəlməsini tələb ediblər. Volkov hələ də aksiyaçılarla görüşməyib. Etirazçılar Xankəndi-Ermənistan yolu üzərində çadırlar quraraq Rusiya “sülhməramlılarıın” komandanını gözləyirlər.

Yaranmış gərginliklə bağlı Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

Rusiya “sülhməramlıları”nın əraziyə kenteynerlər, kran və əlavə qüvvlər gətirməsi ondan xəbər verir ki, danışıqlar heç də uğurlu nəticə verməyib. Görünür ki, Ermənistan tərəfi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladıqları öhdəlikləri yerinə yetirməməkdə israr edirlər.

Son məlumatlara görə Rusiya “sülhməramlıları” Azərbaycan aktivistlərinə qarşı güc tətbiq etməyə cəhd ediblər.

pia.az