Azərbaycandakı dini konfessiyaların rəhbərləri Heydər Əliyevin məzarını ziyarət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər...

PİA.az-ın xəbərinə görə, dini rəhbərlər ulu öndərin ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər.

Din xadimləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad ediblər, məzarı önünə güllər düzüblər.

pia.az