Alimlər dünyanın ən sərt maddəsini kəşf etdi

Dünyanın ən sərt maddəsi artıq almaz deyil...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Oak Ridge” Milli Laboratoriyasının və Tennessi Universitetinin qabaqcıl ərinti nəzəriyyəsi və inkişafı şöbəsinin rəhbəri İzo Corc və komandası yeni bir kəşf ortaya qoyub. Dərc olunmuş məqalə ilə kəşflərini elan edən komanda tapdıqları ərintinin dünyanın ən sərt materialı olduğunu qeyd edir.

Dünyanın ən sərt materiali bir ərintidir

“ScienceAlert” tərəfindən dərc edilən məqalənin təfərrüatlarında dünyanın yeni ən sərt materialı olaraq qeyd edilən bu ərinti xrom, kobalt və nikel kimi komponentlərdən ibarət olduğu bildirilir. Kəşf edilmiş material yüksək möhkəmliyə və çevikliyə malikdir ki, bu da elm adamları tərəfindən “fövqəladə dözümlülük” adlandırılıb. Üç fərqli elementdən ibarət olan bu maddə soyuduqca zədələrə daha dözümlü hala gəlir və daha çox sərtləşir.

Tədqiqata rəhbərlik edən İzo Corc dünyanın ən sərt materialının həm möhkəm, həm də qırılmaya davamlı olduğunu deyir:

“Konstruktiv materialları dizayn edərkən, onların möhkəm, çevik və qırılmaya davamlı olması istənilir. Adətən, tarazlıq qorunmağa çalışılır, lakin həmişə ya sərtlik, ya da daha yüksək möhkəmlik önəmlidir. Amma bu ərinti həm sərt, həm də qırılmaya davamlıdır. Az istilik olduğu zamanlarda da kövrək olmaq əvəzinə, daha da sərtləşir”.

Normalda metallar nə qədər sərtdirsə, bir o qədər kövrək olurlar. Bununla belə, bəzi metallar güc tətbiq edildikdə hərəkət edə və formasını dəyişə bilər. CrCoNi (Chrome, Cobalt Nickel) üçlüyü bir sıra dəyişikliklərlə çox sərt və kövrək strukturundan uzaqlaşıb.

pia.az