Rektor: BDU-nun yeni yataqxanası 2500-3000 nəfərlik olacaq

“Tələbə yataqxanaları ilə bağlı parlamentdə müzakirələr gedir. Qərar qəbul olunduqdan sonra dövlət özəl tərəfdaşlığının bizim qarşımızda açacağı perspektivlərdən istifadə edərək yataqxana məsələsini yüksək səviyyədə həll edəcəyimizi düşünürük”.

PİA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.

“Yataqxanın 2500-3000 nəfərlik olacağı gözlənilir. Bildiyiniz kimi, universitetin tələbə yükü çoxdur və əksəriyyəti regionlardan gəlmiş tələbələrdir” - rektor qeyd edib.

pia.az