Borrel: “Aİ etirazlarla bağlı vəziyyətə görə İrana qarşı sərt sanksiyalar tətbiq edəcək”

"Avropa İttifaqı İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

O bildirib ki, sanksiyalar İranda etiraz aksiyaları ilə bağlı vəziyyət və bu ölkənin Rusiyaya hərbi məhsullar tədarük etməsi ilə əlaqədardır.

pia.az