Ağ Ev: ABŞ Ukraynananı Rusiya ərazilərində əməliyyat keçirməyə sövq eləmir

Con Kirbi Britaniyanın The Times qəzetinin ABŞ-ın Ukraynanı Rusiya ərazisinə zərbələr endirməkdən çəkindirməməsi ilə bağlı iddialarını rədd edib...

PİA.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC televiziyasına müsahibəsində The Times qəzetinin iddialrını doğrulamayıb.

Kirbi bildirib ki, ABŞ Ukraynanı Rusiya ərazisində əməliyyat aparmağa təşviq etmir. O, qeyd edib ki, ABŞ Ukraynanı yalnız müdafiə silahları ilə təchiz edir:

“Biz, şübhəsiz ki, Ukraynanın Rusiya daxilində əməliyyatlarıa təşviq etmirik və ya buna yol açan hərəkətlərə yol vermirik. Biz çalışırıq ki, Ukrayna tərəfi öz ərazisini müdafiə edə, işğal altında olan torpaqlarını geri ala bilsin”, deyə Kirbi bildirib.

Kirbinin sözlərinə görə, münaqişənin gərginləşməsi ABŞ-ın maraqlarına uyğun deyil.

Qeyd edək ki, dünən Britaniyanın “The Times” qəzeti Pentaqondakı mənbəyə istinadən ABŞ-ın Ukraynanı Rusiya ərazisinə zərbələr endirməkdən çəkindirmədiyini yazıb. Qəzetin mənbəsinin sözlərinə görə, Amerika tərəfi Ukraynadan yalnız Cenevrə konvensiyalarına riayət etməyi tələb edir.

Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksiy Danilov Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisinə hücuma hazır olduğunu açıqlayıb. Danilov bildirib ki, Bu Rusiyadan Ukraynaya qarşı növbəti zərbələri olacağı təqdirdə olacaq.

pia.az