Almaniya dövlət çevrilişi cəhdindən sonra silahla bağlı qanunu sərtləşdirir

Almaniyada dövlət çevrilişinə cəhddən sonra silahla bağlı qanunu sərtləşdirməyə qərar veriblər.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser tviterdə məlumat yayıb.

"Ən azı 1 050 reyxsburqçunun (Almaniyadakı "Reyx vətəndaşları" millətçi hərəkatının üzvləri - red.) silah lisenziyası ləğv edilib", - nazir qeyd edib.

Feser yaxın vaxtlarda silah gəzdirmək haqqında qanunun sərtləşdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, dekabrın 7-də Almaniya polisi sağ ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb.

pia.az