Bakıda zəncirvarı qəza: Avtomobillər bir-birlərinə çırpıldı - Foto

Bakının Nərimanov rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Sürət həddini aşan “Honda” markalı avtomobil “Mercedes”ə, “Nissan X-Trail”ə, daha sonra isə “QAZel” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib, sürücülərdən biri isə ağır dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

##galery##

pia.az