Moskva “DQR“-i hansı halda tanıya bilər?

Rusiyalı politoloq Stanislav Belkovskiy: “Qarabağın tanınması Qərblə Rusiya arasındakı rəqabətdən asılıdır”
“Moskva müəyyən şərtlər altında “DQR”-in müstəqilliyini tanıya bilər” – deyə, rusiyalı politoloq və publisist Stanislav Belkovskiy, Kaliforniya Senatının “Qarabağın” tanınması ilə bağlı qətnamə qəbul etməsi faktını şərh edərkən bildirib."“DQR"-in tanınması şərtləri Putinin başındadır” deyən Belkovskiy, bu şərtlərin Putinin Qərblə rəqabətdə yürütdüyü taktikaya bağlı olduğunu qeyd edib.Politoloqun fikrincə, Rusiya prezidenti Türkiyənin yeni seçilmiş prezidenti Ərdoğana bir kommunikator kimi ümidləri böyükdür və bu ümidlər sarsılmadıqca Rusiya Qarabağı tanımayacaq.Stanislav Belkovskiy, həmçinin qeyd edib ki, Moskva Qarabağı bir halda da tanıya bilər ki, bu da Azərbaycanın özündən asılıdır. Yəni Putin görsə ki, Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb və beynəlxalq miqyasda Kreml əleyhinə xəttin aparıcılarından biri olub, Qarabağı tanıyacaq.Xatırladaq ki, Amerikanın Kaliforniya ştatının Senatı avqustun 27-də “Dağlıq Qarabağ Respublikasını” tanıyıb və “artsax xalqı”nın özünü müəyyənetmə hüququnu tanıyan qətnamə (AJR 32) qəbul edib. Kaliforniya senatı qətnaməni ABŞ Konqresinə və ölkə prezidentinə təqdim etməyə qərar verib. Qeyd edək ki, qətnaməni Senata senator Kevin De Leon təqdim edib.Virtualaz.org onu da xatırladır ki, Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev həmin sənədi “lazımsız kağız parçası” adlandırıb: “Bu qətnamə dekorativ xarakter daşıyır və ABŞ qanunvericiliyinə ziddir, çünki bu ölkənin xarici siyasətinə kölgə salır. Erməni KİV-ləri bu qətnaməni nəsə mühüm hadisə kimi təqdim edirlər ki, bu da erməni KİV-lərinə xasdır. Onlar həmişə xəyallarını reallıq kimi qələmə verməyə çalışırlar”.