Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub...

PİA.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan mənzilin mətbəxində tavandan keçən elektrik kabeli 2 p.m yanıb.

"Yüksək temperaturdan lambirdən ibarət tavan 9 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.

pia.az