Kərim Vəliyev: Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da artırılıb

"Müxtəlif növ hərbi təlimlər və döyüş hazırlığı məşğələlərinin keçirilməsi ilə qoşunların döyüş qabiliyyəti daha da artırılıb”...

PİA.az xəbər verir ki, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.

Azərbaycan Ordusunun 2022-ci il ərzində xidməti-döyüş fəaliyyətini təhlil edən general-polkovnik K.Vəliyev qeyd edib ki, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.

Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri nəticəsində yeni yolların çəkilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

pia.az