İranlı sünni din xadimi qaçırılaraq öldürüldü

Prokuror Şəmsabadi bildirib ki, hadisə ilə bağlı xüsusi araşdırma aparılır...

PİA.az İRNA-ya istinadən xəbər verir ki, İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Haş şəhərində sünni din xadimi Əbdülvahid Riqinin şəxsiyyəti hələ müəyyən edilməyən şəxslər tərəfindən qaçırılaraq öldürüldüyü açıqlanıb.

Sistan-Bəlucistan Əyaləti Təhlükəsizlik Şurasının bəyanatına görə, Haş şəhərindəki İmam Hüseyn məscidinin sünni imamı Mövləvi Riqi dünən naməlum şəxslər tərəfindən qaçırılaraq öldürülüb.

Mövzu ilə bağlı açıqlama verən Sistan-Bəlucistan Mərkəzi Prokuroru Mehdi Şəmsabadi sünni din xadiminin qaçırıldığını eşidəndə prokurorluğun göstərişi ilə təhlükəsizlik qüvvələrinin onu tapmaq üçün təyin edildiyini qeyd edib: “Mövləvi Əbdülvahidin cəsədi bu gün Həş şəhərinin yan yollarından birində bədənində 3 güllə ilə tapılıb”.

Hadisə ilə bağlı xüsusi araşdırma aparıldığı bildirilir.

Qeyd edək ki, Məhsa Əminin ölümündən sonra ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində başlayan etirazlar zamanı onlarla insan həyatını itirib.

pia.az