DÇ-2022: Niderland - Argentina oyununda ikinci qol vurulub - Yenilənir

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub...

“Report”un məlumatına görə, 73-cü dəqiqədə penaltidən fərqlənən Lionel Messi Cənubi Amerika təmsilçisinin üstünlüyünü 2 topa çatdırıb - 2:0.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

“Report”un məlumatına görə, 35-ci dəqiqədə Nahuel Molina Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.

“Report”un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Niderland və Argentina yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 8. Kodi Qakpo

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 25. Lisandro Martines, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 10. Lionel Messi, 9. Julian Alvares

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

pia.az