Fənərbaxça - Qalatasaray derbi matçının tarixi açıqlandı

Türkiyə Futbol Federasiyası Spor Toto Super Liqasının 15, 16, 17 və 18-ci həftələrinin oyun cədvəlini açıqlayıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15-ci həftədə Trabzonspor-Fənərbaxça matçı 24 dekabr Şənbə günü oynanılacaq. 18-ci həftədə Fənərbaxça-Qalatasaray matçı isə 8 yanvar Bazar günü baş tutacaq.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, Klublar Birliyinin tələblərini nəzərə alaraq, dünya çempionatının fasiləsindən sonra matçın başlama saatları əvvəlki mövsümlərdə olduğu kimi Şənbə və Bazar günləri saat 13:30, 16:00 və 19:00, Cümə və Bazar ertəsi günləri saat 20:00, həftə içi günləri üçünsə saat 17:00 və 20:00-a planlaşdırılıb.

Liqada 19-25-ci həftənin oyunlarının proqramı Ziraat Türkiyə Kubokunun son 16 matçından sonra, qalan həftələr isə Ziraat Türkiyə Kubokunun 1/4 final və yarımfinal və komandaların avrokubok matçlarına uyğun olaraq planlanacaq.

pia.az