Ukrayna ordusu tezliklə lazım olan silahları alacaq - Podolyak

Tezliklə Ukrayna ordusu “Abrams” və “Leopard” tankları, həmçinin “Patriot” hava hücumundan müdafiə sistemi alacaq…

PİA.az Ukrayna mətbuatına əsasən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Mənə inanın ki, tezliklə “Patriot”, “Abrams”, “Leopard” və başqa hər şeyi alacağıq. Bütün bu silahların hamısı bizim ərazimizdə olacaq. Bu, müharibənin məntiqi nəticəsidir”, deyə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri bildirib.

Podolyak qeyd edib ki, ola bilsin bu silahların Ukraynaya gətirilməsi iki həftə, bir ay, lap iki ay çəksin:

“Əsas odur ki, bizə lazım olan hər şey, bizə lazım olan həcmdə bizdə olacaq. Bura müəyyən edilən məsafədə hədəfləri vurmaq üçün raketlər də aid olacaq”, deyə Podolyak vurğrlayıb.

pia.az